“Lukoyl” Xəzər dənizində yeni quyunun sınaqlarını başa çatdırıb

256

Rusiyanın “Lukoyl” şirkəti Xəzər dənizində yeni quyunun sınaqlarını başa çatdırıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Məlumata görə, Xəzər dənizindəki Titon strukturunda ikinci quyunun sınaqları başa çatdırılıb, karbohidrogen ehtiyatları 140-150 milyon ton yanacaq ekvivalenti təşkil edə bilər.