Bakı və Aktau limanları arasında fider əlaqəsi inkişaf etdiriləcək

271

Qazaxıstanın Kurık və Azərbaycanın Ələt limanlarını birləşdirən bərə keçidi, həmçinin, Bakı və Aktau limanları arasında fider əlaqəsi daha da inkişaf etdiriləcək. “APA-Economics” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu “ Qazaxıstan Dəmir Yolları” SC-nin logistika üzrə idarəedici direktoru Yerlan Koyşibayev deyib.
Onu da bildirib ki, bu il fıder gəmilərin sayı ikidən altıya çatdırılacaq, onlar üçün Xəzər dənizində yeni limanlar açılır. Yeni fider xətti “Aktau Dəniz Şimal Terminalı” ilə Azərbaycanın “Hövsan Beynəlxalq Dəniz Limanı”nı birləşdirəcək.
Həmçinin, Aktau limanında dövlət-özəl tərəfdaşlığı cəlb etməklə, konteynerlərin yığılması və çeşidlənməsi üzrə ciddi imkanlara malik konteyner qovşağının sürətlə tikintisi barədə məlumat verilib. Bu məqsədlə 19 hektar torpaq sahəsi ayrılıb.