Liman rəhbərliyi Ələt qəsəbəsində iftar süfrəsi təşkil etdi – FOTOLAR

488

“Bakı Limanı – Sizin evinizdir”- Bakı Limanın rəhbərliyi Ələt qəsəbəsində yaşayan və limanın şəhid ailələri və qaziləri ilə birgə iftar süfərsində iştirak ediblər

Müqəddəs Ramazan ayı münasibətilə 20 aprel tarixində Bakı Limanı tərəfindən Ələt qəsəbəsində yaşayan şəhid ailələri və qazilər, eyni zamanda limanın şəhid ailələri üçün Ələtdə, liman ərazisində iftar süfrəsi təşkil edilib. Bakı Limanının rəhbərliyinin və Ələt bələdiyyəsinin iştirak etdiyi tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Bakı Limanın Baş direktoru Taleh Ziyadov qonaqları salamlayaraq qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan ordusun ölkəmizin ərazi bütövlüyünü bərpa edib və Azərbaycan əsgəri misilsiz şücaət göstərib. Çıxışda bildirildi ki, Bakı Limanı şəhid ailələrinin, onların uşaqlarının və qazilərimizin evidir, biz bir ailə kimi, hər zaman sizinləyik.

Ələt Bələdiyyəsinin sədri Azad Musayev isə qəsəbədə Bakı Limanı ilə birgə mütəmadi olaraq sosial və mənəvi dəstəyə ehtiyacı olan əhali ilə ardıcıl layihələr həyata keçirildiyini və Limanın Ələt icmasını daim diqqətdə saxladığını qeyd etdi.

Tədbir zamanı qonaqlar Dövlətimiz tərəfindən şəhidlərin bizə əmanəti olan ailələrinə və qazilərimizə daim xüsusi diqqət və qayğı göstərilməsi vurğuladı.

Allah Vətənimizin bütövlüyü, torpaqlarımızın azad olması uğrunda qəhramancasına canlarından keçən şəhidlərimizə rəhmət eləsin.

portofbaku.com