Tallin küçələrinin altında 700 illik gəmi aşkar edilib – FOTO

256

Tallində yaşayış massivinin altında, 1,5 metr dərinlikdə təxminən 700 il yaşı olan orta əsrlərə aid ticarət gəmisi aşkar edilib. Bu barədə “Daily Mail” məlumat yayıb.

Estoniya paytaxtının küçələrinin altından tapılan gəminin 1298-ci ildə indi artıq mövcud olmayan su yolunda – Haryapa çayının mənsəbində qəzaya uğradığı güman edilir. Tapıntının uzunluğu 24 metr, eni isə doqquz metrə çatır. Aşağıdan 3 metr hündürlüyə qədər olan lövhələr mütəxəssislər tərəfindən yaxşı qiymətləndirilib.

Gəmi palıd gövdələri və taxtalarından tikilib, döşəmələr isə əlavə olaraq yun və qətranla möhkəmləndirilib. Gəmidə həmçinin əşyaların qablaşdırılması üçün materiallar, bəzi əmək alətləri və orta əsr ayaqqabılarının parçaları da tapılıb.

Mənbə: Lenta.ru