Çin tezliklə üçüncü təyyarədaşıyan gəmisini suya buraxacaq

282

Çin Hərbi Dəniz Qüvvələri  çox yaxın gələcəkdə növbəti təyyarədaşıyan gəmisini suya buraxmaq istəyir.

“Seanews.az” xəbər verir ki,  yeni gəminin istismara verilməsi 2022-ci ilin sonuna planlaşdırılır.

Gəmi qabaqcıl texnologiyalarla, o cümlədən elektromaqnit katapultlarla təchiz edilib.

Hazırda Çinin iki təyyarədaşıyan – “Lyaonin” və “Şandun” gəmilərinin tikintisi təcrübəsi var ki, bu da üçüncü gəminin buraxılması üçün çox vacibdir.

Təyyarədaşıyanlar onu müşayiət edən gəmilərlə birlikdə Çinə okeanın müxtəlif bölgələrində mövcudluğunu və maraqlarını müdafiə etməyə imkan verir. Eyni zamanda, ÇXR özünü qlobal dəniz gücü kimi göstərir.