Fransanın Nant-Sen-Nazer limanında yeni terminallar tikiləcək

305

Fransanın Nant-Saint-Nazaire limanında yük terminalının genişləndirilməsi işlərinə başlanılıb. 1976-cı ildə tikilmiş, əsasən bitki yağlarının və gübrə istehsalı üçün xammalın aşırılmasını həyata keçirən terminal öz ötürmə qabiliyyətinin son həddinə yaxınlaşıb. Terminal vasitəsilə yük dövriyyəsi ildə 1 milyon tona yaxındır.

“Seanews.az” xəbər verir ki,  2021-2026-cı illər üçün inkişaf strategiyasına uyğun olaraq iki yeni yanalma körpüsü tikilməlidir.

Layihə 8 milyon avro dəyərində qiymətləndirilir.

Yeni terminalların uzunluğu 250 metr olacaq ki, bu da 200 metr uzunluğunda bir gəmini (daşıma qabiliyyəti 60 min ton) və ya 110metr və 120 metr uzunluğunda iki gəmini (daşıma qabiliyyəti 6 min tondan 8 min tona qədər) qəbul etməyə imkan verəcək.

Yeni növ yüklərin aşırılmasını həyata keçirməyə imkan verəcək hər iki yanalma körpüsü 2023-cü ilin birinci rübündə istismara verilməlidir.

Nant-Saint-Nazaire yüklərin aşırılması baxımından Fransanın dördüncü limanıdır. 2021-ci ildə limanın yük dövriyyəsi karbohidrogen daşınmasının azalması səbəbindən üçdə bir qədər azalaraq 19 milyon tona düşüb.