İlham Əliyevin iştirakı ilə dəniz doldurularaq inşa edilən hava limanının açılışı olacaq

288

Mayın 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Türkiyənin dəniz doldurularaq inşa edilən Rizə-Artvin Hava Limanının açılışı olacaq.

Marja.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

Ərdoğan və Əliyevin təyyarələri hava limanına ilk enişi edəcəklər.

Açılışdan sonra Prezident Ərdoğan, Əliyev və digər qonaqların şərəfinə ziyafət veriləcək.