Türkiyədə dəniz üzərində ikinci hava limanının açılışı – YENİLƏNİB + VİDEO

341

Türkiyədə dəniz üzərində ikinci hava limanı olan Rize-Artvin aeroportunun açılış mərasimi keçirilir. 

Həmin mərasimdən görüntüləri təqdim edirik:

13:10

Türkiyədə dəniz üzərində ikinci hava limanı olan Rize-Artvin aeroportu açılır.

Üç milyon kvadratmetr sahədə inşa edilən Rize-Artvin Hava Limanı 45 metr eni və 3000 metr uzunluğu ilə bölgənin hava nəqliyyatı ehtiyaclarını tam ödəyəcək.

2017-ci il aprelin 3-də təməli qoyulan hava limanının illik sərnişin tutumu 3 milyon olacaq.

Yeni hava limanı Şərqi Qara dəniz, Qafqaz və Yaxın Şərq ölkələri arasında nəqliyyat zəncirinin transfer mərkəzi rolunu oynayacaq.

Qeyd edək ki, Türkiyənin dəniz üzərindən ilk hava limanı Ordunun Gülyalı rayonu ilə Giresunun Piraziz rayonu arasında tikilib. 22 may 2015-ci ildə istifadəyə verilən Ordu-Giresun Hava Limanı həm də Avropada dəniz üzərində tikilmiş ilk hava limanıdır. O, ildə 3 milyon sərnişin daşımaq gücünə malikdir.

Mənbə: Anadolu