Bakı Limanının nümayəndə heyəti Mərakeşin Tangier şəhərində keçirilən 17-ci AIVP Dünya Liman Şəhərləri Şəbəkəsi konfransında iştirak edib

264

     Bakı Limanın Baş direktoru Taleh Ziyadovun rəhbərlik etdiyi nümayəndə heyəti “Dəniz xidmətləri və gələcəyə baxış” adlı mövzu ətrafında müzakirələrdə iştirak etmək üçün nüfuzlu AIVP (Dünya Liman Şəhərləri Şəbəkəsi) konfransına qatılıb.

    Tədbir zamanı Taleh Ziyadov AIVP-nin prezidenti cənab Eduard Filip ilə də xüsusi görüş keçirib. Səmimi mühitdə keçən görüşdə Bakı Limanı il AIVP arasında əməkdaşlıq və strateji əlaqələrin genişləndirilməsi müzakirə edilib.

    Liman şəhərlərinin aparıcı qlobal toplantısı, limanlara güclü əlaqələr qurmaqla yanaşı, liman fəaliyyətində hava və ətraf mühitə ekoloji təsiri minimuma endirmək məqsədilə bərpa olunan enerji növlərinə keçid üçün maliyyə mənbələrinə çıxış imkanı verir.

   Bakı Limanı ESPO (Avropa Dəniz Portları Assosiasiyası) tərəfindən təsdiq olunan “Sıfır emissiya 2035” İqlim Dəyişikliyi Fəaliyyət Planını hazırlayan regionda ilk Yaşıl Limandır. Bakı Limanı dünya üzrə çoxtərəfli əməkdaşlığını gücləndirməyi və iqlim dəyişikliyinin təsirlərinin azaldılması, havanın, suyun və torpağın çirklənməsinin minumuma endirilməsi və regionun davamlı iqtisadi gələcəyinin birgə qurulması üçün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.