Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) regionda davamlı inkişaf məqsədlərini dəstəkləmək üçün Bakı Limanı ilə əməkdaşlığa maraqlıdır

344

Bu gün Avropa Yenidənqurma və İnkişaf Bankının Avrasiyada İnfrastruktur üzrə rəhbəri, xanım Yelena Qordeeva yeni tərəfdaşlıq imkanlarını araşdırmaq üçün Bakı Limanına səfər edib. Səfər zamanı mövcud nəqliyyat dəhlizlərinin daha rəqabətədavamlı, yaxşı idarə olunan, yaşıl, inklüziv, dayanıqlı və inteqrasiyalı olmasına dəstək olmaq üçün yeni layihələrə başlamaq və yeni əməkdaşlıq sahələrinin yaradılmasına dair strateji fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Bakı Limanının yükaşırma qabiliyyətinin artırılması, yeni yaşıl liman qurğularının tikintisi, o cümlədən limanda birbaşa bərpa olunan enerji mənbələrinin formalaşdırılması ilə regional dayanıqlı iqtisadiyyatın inkişafına töhfə veriləcək.