Mərmərə dənizində yük gəmiləri toqquşub

314

Mərmərə dənizində iki yük gəmisi toqquşub, itki yoxdur.

“Report”un məlumatına görə, bu barədə Türkiyənin “TRT Haber” telekanalı xəbər verib.

Qeyd edilir ki, “Mare” quru yük gəmisi Mərmərə dənizində üzərkən naməlum səbəbdən idarəetmədən çıxıb. Bu zaman o, digər quru yük gəmisi “Arel-4” ilə toqquşub.

Əraziyə sahil təhlükəsizlik qrupları göndərilib. Ekipajlar qəza ilə bağlı hesabat hazırlayıblar.

“Toqquşmadan sonra hər iki gəmi reysə davam edib. Tələfat yoxdur”, – telekanal bildirib.