Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə bir neçə gəmidə maarifləndirici görüş keçirilib

312

5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasında (XDND) maarifləndirici tədbirlər həyata keçirilib.

Bu məqsədlə XDND-nin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin əməkdaşları “Süleyman vəzirov”, “Lütoqa”, “Zəfər”, “Şirvan-3” gəmilərində olublar. Onlar heyət üzvləri ilə görüşlərdə dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasətdən, ASCO-nun bu istiqamətdə rolu və fəaliyyətindən danışıblar. Eyni zamanda, ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığın artırılmasının zəruriliyi diqqətə çatdırılıb, ekoloji maarifləndirmədə hər kəsin fəal olmasının əhəmiyyəti vurğulanıb.

Görüşlərdə dənizçiləri maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində  XDND ərazisində KSƏTƏMM lövhələrinə yeni  ekoloji marifləndirici məlumatlar da yerləşdirilib.  

Qeyd edək ki, bu cür maarifləndirici tədbirlər XDND-də mütəmadi təşkil olunur. Bundan sonra da davamlı həyata keçirilməsi nəzərdə tutulur.