Aralıq dənizini Qırmızı dənizlə birləşdirən beynəlxalq su yolu öz imkanlarını xeyli genişləndirəcək

342

Genişmiqyaslı dərinləşdirmə işləri sayəsində Aralıq dənizini Qırmızı dənizlə birləşdirən beynəlxalq su yolu öz imkanlarını xeyli genişləndirəcək.

“Seanews.az” xəbər verir ki, Süveyş Kanalı Administrasiyasının məlumatına görə, bu ilin yanvar-may aylarında oradan keçən gəmilərin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 10% artaraq 1166 olub.

Eyni zamanda, xüsusilə qeyd olunur ki, Ukrayna böhranının həddindən artıq kəskinləşməsinə baxmayaraq, belə müsbət dinamika əldə edilib, bunun nəticəsində Qara dəniz limanlarından yük axını nəzərəçarpacaq dərəcədə azalıb.

Mayın əvvəlində onlara “Tariq bin Ziyaid” də qoşulub. Bununla da naviqasiya kanalının genişləndirilməsi və dərinləşdirilməsi əməliyyatlarında iştirak edən ixtisaslaşdırılmış gəmilərin sayı 8-ə çatıb.

Güman edilir ki, görülən işlər nəticəsində Süveyş kanalının ötürücülük qabiliyyəti əhəmiyyətli dərəcədə artacaq, həmçinin gəminin bütün keçidi boyu naviqasiya təhlükəsizliyi artırılacaq.

Genişmiqyaslı dərinləşdirmə işlərinə 2021-ci ilin may ayında “Ever Given” konteyner gəmisi ilə bağlı insidentin nəticələrinin aradan qaldırılmasından bir neçə həftə sonra başlanmışdır.