Litva Kalininqrada tranzitlə bağlı məhdudiyyətləri genişləndirib

259

Litva Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları çərçivəsində öz ərazisindən Kalininqrada malların tranzitinə qoyulan məhdudiyyətləri genişləndirib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Litva gömrük orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, alkoqol, spirt tərkibli sənaye məqsədli kimyəvi maddələr, ağac məhsulları və sementlərə yeni məhdudiyyətlər qoyulub.