Polşanın İnfrastruktur Nazirliyi və Qdansk Limanının Administrasiyası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və Niyyət Məktubunun imzalanması üçün Bakı Limanına səfər edib

560

Polşa Respublikası infrastruktur nazirinin müavini Marek Gróbarczykukun başçılıq etdiyi və Qdansk Limanı Administrasiyasının İdarə Heyətinin sədri cənab Lukasz Greinkenin də təmsil olunduğu nümayəndə heyəti 25-26 iyul 2022-ci il tarixlərində Azərbaycana səfər edib.

Polşa nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində ötən gün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə rəsmi görüşü tutub. Həmçinin görüş zamanı, Qdansk Limanı və Bakı Limanı arasında limanların inkişafı və istismarı, müasir logistik xidmətlər, intermodal nəqliyyat, intellektual liman tikintisi, yaşıl liman həlləri və ən müasir texnoloji biliklərin mübadiləsi sahəsində əməkdaşlığa dair Niyyət Məktubu imzalanıb.

26 iyul 2022-ci il tarixdə isə Polşa nümayəndə heyəti Bakı Limanı arasında Ələtdə işgüzar görüş keçirilib. Görüşdə, Qdansk və Bakı Limanlarının gücündən tam istifadə etməklə “Orta Dəhliz” vasitəsilə Şərq-Qərb marşrutlarında yüklərin həcminin artırılması imkanlarını müzakirə edilib. Eyni zamanda, vurğulanıb ki, Asiyanı Avropaya birləşdirən yeni alternativ nəqliyyat marşrutları vasitəsilə yük axınının intensivləşdirilməsi məqsədilə limanlar arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsində Tərəflər arasında imzalanmış Niyyət məktubu mühüm rol oynayacaq.