Bir milyon insanın ərsəyə gətirdiyi gəmiçilik kanalının 70 yaşı var

321

Azərbaycan gəmiçilərinin də dünya sularına çıxmaq üçün  istifadə etdikləri Volqo-Don gəmiçilik kanalı 70 illik yubileyini qeyd edir.

“Seanews.az”-ın məlumatına görə, Rusiyanın Volqoqrad vilayətinin ərazisindəki bu irimiqyaslı hidrotexniki qurğu 1952-ci ildə tikilib və bu günədək təhlükəsiz naviqasiyaya xidmət edir.

Tikinti ölkə tarixinə ötən əsrin ən möhtəşəm işlərindən biri kimi daxil olub. Ölçüsü baxımından Panama və Süveyş kanallarının tikintisindən geri qalmayıb.

Volqa-Don gəmiçilik kanalı üç il yarım ərzində inşa olunub və yaradılmasında 1 milyondan çox insan iştirak edib.

İndi Volqa-Don kanalı hidrotexniki qurğular kompleksi və nadir memarlıq ansamblıdır.

Donma səbəbindən Volqa-Donda naviqasiyalararası müddət kifayət qədər qısa – cəmi  3,5 ay nəzərdə tutulur.

Qeyd  edək ki, ASCO gəmiləri də dünya sularına çıxmaq üçün bu kanaldan keçirlər.