Xəzərdə kompleks ekoloji monitorinqlər başa çatıb

327

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Zoologiya və Fiziologiya İnstitutlarının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən Xəzər dənizində Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə keçirilən kompleks ekoloji monitorinqlər başa çatıb.

Ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov “Report”a bildirib ki, monitorinqlər zamanı nərəcinsli balıqların, Xəzər suitilərinin və digər su bioloji resurslarının ehtiyatları öyrənilib, quşların miqrasiyasının vizual müşahidəsi aparılıb.

İdarə rəisi onu da qeyd edib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən 9 məntəqə üzrə 117 su, zooplankton, bentos və dib çöküntüsü nümunələri götürülüb, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti öyrənilib, hidrometeoroloji ölçmələr aparılıb və biomüxtəliflik tədqiq edilib.