Bakı Limanının peşəkar əməkdaşlarına fəxri adlar və ordenlər təqdim olunub

487

“Dənizçi günü” peşə bayramı münasibətilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə uzun illər Bakı Limanında çalışan bir sıra əməkdaşlar fəxri adlar, orden və medallarla təltif edilib. Bu münasibətlə bu gün Bakı Limanın əməkdaşlarına mükafatların təqdimetmə mərasimi keçirilib. Təltif edilən limançılarla görüşən Bakı Limanının Baş direktoru Taleh Ziyadov ölkəmizdə dəniz xidmətləri və logistika sahəsində çalışan limançılara və bu sahənin inkişafına olan  dövlət qayğısından danışaraq, ölkə başçı cənab İlham Əliyevin hər zaman Bakı Limanının fəaliyyətinə böyük diqqət və qayğı göstərdiyini bildirib. Görüş zamanı Bakı Limanın əməkdaşları bu ali mükafat münasibətilə təbrik edilib, onlara peşəkar xidmətlərinə görə təşəkkür olunub və mükafatlar təqdim edilib. 

 Daha sonra Baş direktor tərəfindən ölkə rəhbərinin sərəncamı ilə təltif edilmiş  aşağıda adları qeyd edilən Bakı Limanının əməkdaşlarına fəxri ad, orden və medallar təqdim edilib.

“Əməkdar mühəndis” fəxri adı

Şəfaqətov Oktay Gülməmməd oğlu – İnfrastruktura texniki xidmət departamenti, İnşaat və təmir sahəsinin inşaat mühəndisi.

3-cü dərəcəli “Əmək” ordeni

Bəndəliyev Azər Bulud oğlu – Liman əməliyyatları departamenti, Ro-Ro və Bərə terminalının əməliyyatlar üzrə mütəxəssisi;

Məmmədov Paşa Zakir oğlu – İnfrastruktura texniki xidmət departamenti, İnşaat və təmir sahəsinin aparıcı mütəxəssisi.

“Gəmiçilik sahəsində xidmətlərə görə” medalı

Alıyev Mehbalı Alı oğlu – Liman əməliyyatları departamenti, Nəzarət məntəqəsinin dispetçeri (RO-RO terminalı üzrə);
Hüseynov İlqar Tofiq oğlu – Liman əməliyyatları departamenti, Nəzarət məntəqəsinin dispetçeri (Neft terminalı üzrə);
Aslanov Ramiz Xanbala oğlu – Liman əməliyyatları departamenti, Nəzarət məntəqəsinin dispetçeri (Ümumi yüklər terminalı üzrə);
Süleymanov Rizvan Rzaxan oğlu – Dəniz xidmətləri departamenti, Donanma xidmətinin matrosu.