Bakı Limanı Türkiyə şirkətindən 5 milyon manatlıq yedək gəmisi alır

411

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC yedək gəmisinin (işçi kateri ilə birgə) satın alınmasına dair elan etdiyi təkliflər sorğusuna yekun vurub.

“Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi Türkiyəyə məxsus “Loyd Tersanecilik ve Denizcilik San. ve Tic. Ltd.” şirkətidir.

Qalib şirkətə 5,053 milyon manat ödəniləcək.