Yaponiya “gələcək nəslin yanacağı” üçün yeni limanlar şəbəkəsi qurur

415

Yaponiya hökuməti yeni liman terminallarının yaradılmasına başlayıb.

Bu terminalların maye hidrogen daşıyan böyük gəmiləri qəbul etməsi nəzərdə tutulur.

İnfrastruktur tikintisi resursun fasiləsiz təchizatını təmin edəcək. Yaponiya hökumətinin fikrincə, bu, “gələcək nəslin yanacağı” ola bilər.

Yaponiya Nazirlər Kabineti 2050-ci ilə qədər “karbon neytrallığına”, yəni karbon qazı emissiyasının sıfırlanmasına nail olmağı hədəfləyir. Hidrogen yandığı zaman isə istixana qazları ayrılmır.

Yaponiyada sənaye məqsədləri üçün ildə iki milyon ton maye hidrogen istifadə olunur. 2050-ci ildə isə bu göstəricinin 20 milyon tona yüksəldilməsi nəzərdə tutulur.

Mənbə: Kommersant