Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyətinin Türkiyəyə səfəri

465

Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı İstanbul Bölgə Liman İdarəsinin müdiri Mustafa Kıranla görüşü olub.

Görüş zamanı limanların tənzimlənməsi, limanlara nəzarət, dövlət bayraq və liman nəzarəti üzrə yoxlamalar, gəmilərin nəzarət yoxlamasını həyata keçirən müfəttişlərin işinin təşkili, gəmi qeydiyyatı, dənizçilərə sənədlərin verilməsi, dənizçilərin hazırlığı, müvafiq sahə üzrə tətbiq edilən “Vahid Pəncərə” sistemi əsas müzakirə mövzusuna çevrilib.