Misir Süveyş kanalından keçid haqqını artırır

104

Gələn il yanvarın 1-dən Misir hökuməti Süveyş kanalından keçid haqqını artıracaq.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, artım tankerlər üçün 15 %, quru yük və sərnişin gəmiləri üçün isə 10 % olacaq. Bahalaşmaya səbəb kimi yanacağın qiymətinin artması göstərilir.

“Report” məsələ ilə bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) müraciət edib. Qurumun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev bildirib ki, səhmdar cəmiyyətinə məxsus gəmilər Qırmızı dənizdə üzmür, başqa sözlə Süveyş kanalından istifadə etmirlər.