ADDA-da İranın SYRAF Dəniz Akademiyasının rektoru ilə görüş olub

206

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov İranın SYRAF Dəniz Akademiyasının rektoru Hassan Ziaei ilə görüşüb. Görüşdə əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub.

ADDA-nın rektoru Akademiyada təhsilin pillələri, tədris şəraiti, tələbə kontingenti barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Dövlət Dəniz Akademiyası Beynəlxalq Dəniz Təşkilatının müvafiq siyahısında dünya dənizçilik ali məktəbləri sırasında yer alır, yüksək ixtisaslı dənizçi kadrları hazırlayır, eyni zamanda nəzdindəki Təlim Tədris Mərkəzi vasitəsilə dənizçiləri sertifikatlandırır. ADDA-da dünyanın müxtəlif ölkələrindən əcnəbi tələbələr də təhsil alır. Bu işlərin beynəlxalq standartlar səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb.

Hassan Ziaei SYRAF Dəniz Akademiyası haqqında təqdimat edib. Onun məlumatına görə, SYRAF Dəniz Akademiyası İranda rəhbər dənizçi kadrlar üçün kurslar təşkil edir və buna görə də ADDA ilə əməkdaşlıqda maraqlıdır.

Görüşdə tərəflər arasında Anlaşma Memorandumunun layihəsinin hazırlanması barədə razılıq əldə olunub.