BMT: “Taxıl sazişi” sayəsində dünyada dənli bitkilər ucuzlaşıb

202

“Taxıl sazişi” çərçivəsində Ukrayna limanlarından 6 milyon tondan çox taxıl daşınıb.

APA-nın xəbərinə görə, bunu Yaponiyanın NHK televiziyasına müsahibəsində BMT-nin İstanbuldakı Xüsusi Koordinasiya mərkəzindəki koordinatoru Əmir Mahmud Abdulla bildirib.

Koordinator qeyd edib ki, 270-dən çox gəmi artıq 6 milyon tondan çox taxıl daşıyıb. Nəticədə dünya bazarında dənli bitkilər ucuzlaşıb.