Ukraynadan yola çıxan ərzaq gəmisi İspaniyaya çatıb

206

Ukraynadan yola çıxan və 50,8 min ton qarğıdalı daşıyan “Eider S” quru yük gəmisi şənbə günü İspaniyaya çatıb.

Bu barədə “Marine Traffic” xidmətinin məlumatlarından aydın olur.

Bildirilir ki, “Eider S” Malaqa limanından təxminən 2,1 dəniz mili (3,8 km) aralıda lövbər salaraq yanalma gözləyir.

Qeyd edək ki, İstanbuldakı Birgə Koordinasiya Mərkəzi “Eider S” gəmisinin sentyabrın 13-də Cənub limanından yola salınmasına icazə verib.