Şimali Amerikada boz balinaların sayı son iki ildə azalmaqdadır

200

Şimali Amerikanın qərbində boz balinaların sayı son iki ildə azalmağa davam edir.

“Report” xəbər verir ki, Milli Okean və Atmosfer Administrasiyasının 2022-ci il oktyabrın 7-də açıqladığı təxmininə əsasən, populyasiyanın sayı 2015-2016-cı illərin zirvəsindən 38 % azalaraq 16 650 nəfər təşkil edir.

Bildirilib ki, balinalar həmçinin 1994-cü ildə elm adamlarının doğumları saymağa başlamasından bəri bu il ən az bala veriblər.

2019-cu ildə özünü qərb sahili çimərliklərinə atan balinaların sayının artması balıqçılıq agentliyini “qeyri-adi ölüm” həyəcanını elan etməyə vadar edib. Tədqiqatçılar hələ də ölümləri araşdırırlar, lakin ehtimal edirlər ki, amillər arasında iqlim dəyişikliyi, dəniz buzlarının əriməsinə təsiri və dəniz heyvanlarının qidalanma şəraiti var.

O zaman sahilə çıxan bir çox balinalar taqətsiz görünürdülər.

NOAA-nın məlumatına görə, sahilə atılan balinaların bəziləri gəmi ilə toqquşma və ya qatil balina ovu kimi digər səbəblərdən ölüb. Sahilə atılan balinaların sayı 2019-cu ildə zirvəyə çatıb və sonrakı illərdə azalıb ki, bu da populyasiyanın azalmasının çoxunun o zaman baş verdiyini göstərir.