Ukrayna limanlarından ərzaq məhsulları daşıyan 7 gəmi yola çıxıb

257

Ərzaq məhsulları daşıyan 7 gəmi İstanbul Birgə Koordinasiya Mərkəzinin icazəsi ilə Ukrayna limanlarından yola çıxıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, gəmilərdə ümumilikdə, 224 850 ton taxıl və digər kənd təsərrüfatı məhsulları var.

Yüklə dolu gəmilərin İspaniyaya, Niderlanda, Rumıniyaya, Yunanıstana və Çinə istiqamət aldıqları bildirilir.

Xatırladaq ki, iyulun 22-də İstanbulda Ukraynanın Çernomorsk, Odessa və Yujnı limanlarından taxılın daşınması üçün “dəhlizi”in işə salınması ilə bağlı BMT, Rusiya, Türkiyə və Ukraynanın iştirakı ilə sənəd imzalanıb.