Yaponiyanın qlobal nəqliyyat və logistika şirkətlərinin təmsilçilərinə ASCO barədə məlumat verilib

221

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA), Yaponiya Xarici Ticarət Təşkilatı (JETRO), JBIC kimi 20-yə yaxın aparıcı logistika və nəqliyyat təşkilatları və şirkətlərini təmsil edən nümayəndə heyəti ilə Bakı Limanında görüş keçirilib.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC,  “Azərbaycan Dəmir Yolları” QSC, Tranzit Yük Daşımaları üzrə Koordinasiya Şurasının rəsmilərinin iştirakı ilə baş tutan görüşdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni İstismar-kommersiya departamentinin əməkdaşı Aqşin Muxtarov təmsil edib.

Aqşin Muxtarov geniş təqdimatla çıxış edərək qonaqları ASCO-nun fəaliyyəti barədə məlumatlandırıb. O, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə yükdaşımalarında ASCO-nun rolundan, sözügedən marşrutun inkişaf və fəaliyyət perspektivlərindən danışıb.

Ümumilikdə görüşdə Orta Dəhliz vasitəsilə Şərq və Qərb arasında tranzit yükdaşımaları maksimum dərəcədə artırmaq üçün Yaponiya şirkətlərini dəhlizə cəlb etmək imkanları müzakirə edilib.