Batumi limanında bomba həyəcanı

214

Gürcüstan polisi Batumi limanına səfərbər edilib. Əraziyə giriş və çıxış bağlanıb.

Ölkə mediasının məlumatına görə, liman administrasiyasının əməkdaşları Bolqarıstan bayrağı altında üzən gəmidə axtarışlar aparıblar.

“Məlumat yayılıb ki, gəmi terminalı tərk edərsə, mina partlayacaq. Baş verənlərin təfərrüatlarını bilmirəm, biz həmişəki kimi işləyirik”, – liman işçilərindən biri jurnalistlərə bildirib.

Məlumata görə, Liman İdarəsinə gəmiyə partlayıcı qurğu qoyulması ilə bağlı anonim zəng daxil olub.

Gürcüstanın Daxili İşlər Nazirliyi hələlik məsələ ilə bağlı şərh verməyib.

Mənbə: apsny.ge