Bazar ertəsi qatı duman səbəbindən gəmilərin Dardanel boğazı ilə hərəkəti dayandırılıb

259

Bazar ertəsi qatı duman səbəbindən gəmilərin Dardanel boğazı ilə hərəkəti dayandırılıb.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Gəmi Hərəkəti Xidməti İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, məhdudiyyətlər boğazdan hər iki istiqamətdə tranzitə şamil edilir.

Bərə xidməti isə normal rejimdə işini davam etdirir.

Qeyd edək ki, yanvarın 1-də güclü duman Bosfor boğazının müvəqqəti bağlanmasına səbəb olub.