Yəməndə 130 milyon dollarlıq limanın tikilməsi planlaşdırılır

318

Yəmən hökuməti iki ay ərzində Əl-Məhra əyalətinin şərqindəki Kişn rayonunda limanın tikintisinə başlamağı planlaşdırır.

Ölkənin nəqliyyat nazirinin müavini Naser Şurayf bildirib ki, layihə 130 milyon dollar dəyərində qiymətləndirilir.

Onun sözlərinə görə, Yəmən hökuməti “Ajham Energy & Mining Co.” ilə 50 il müddətinə konsessiya şərtləri ilə Ərəb dənizində limanın üç il ərzində tikintisi üçün müqaviləni təsdiqləyib. Limana faydalı qazıntıların daşınması üçün 45 milyon dollar dəyərində olan yolun tikintisi nəzərdə tutulur.

Mənbə: Bloomberg