ASCO: “Yükdaşıma xidmətləri üçün sahibkarlar “Bakı KOB evi”nə müraciət edə bilər”

269

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yükdaşıma xidmətlərindən istifadə etmək istəyən sahibkarlar “Bakı KOB evi”nə müraciət edə bilərlər.

“Report” xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilir ki, KOB evində ASCO tərəfindən sahibkarlara sifarişlərin qəbulu, onların icrası ilə bağlı əlaqələndirmə və məlumatlandırma xidmətləri göstərilir.

Qeyd edək ki, “Bakı KOB evi” sahibkarlara biznesə dair dövlət və özəl qurumlar tərəfindən müxtəlif xidmətlərin göstərildiyi vahid məkandır. Hazırda KOB evində 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlara 250-dən çox xidmət göstərilir.