CMS yanacaq emulqatoru və kondisionerlərin sınaqlarına başlayıb

483

CMS öz donanmasının yanacaq sərfiyyatını və emissiyalarını azaltmaq üçün SulNOx Group tərəfindən hazırlanan xüsusi yanacaq emulqatoru və kondisionerlərin sınaqlarına başlayıb. Sınaqların uğurlu keçəcəyi təqdirdə yeni məhsulların gəmilərdə emissiya ixracının azalmasına, eyni zamanda yanacaq və digər xərclərə əhəmiyyətli dərəcədə qənaət olunmasına müsbət təsir etməsi gözlənilir. SulNOx məhsullarından istifadə etməklə, CMS tərəfdaş və müştərilərinə COP27-də bəyan edilmiş iqlim dəyişikliyinin azaldılması və dəyişikliklərə uyğunlaşma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycanın öhdəliyinin bir hissəsi olaraq şirkətin həm yerli, həm də milli səviyyədə ekoloji sabitliyə nail olmaq istəyini nümayiş etdirir. Təxirəsalınmaz karbonsuzlaşdırma tədbirləri gəmiçilik sənayesinin texniki və əməliyyat səmərəliliyini artırmaq üçün əsas nəzərə alınmalı məsələlərdəndir.

Caspian Marine Services B.V.

Yeni üfüqlərə doğru!

(+994 12) 464 15 31/32

www.caspmarine.com

38A, Natig Aliyev str., Baku, Azerbaijan

Source:https://www.facebook.com/CaspianMarineServices