TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!

308

Tələbə həyatına, tələbələrlə işin qurulmasına və tələbələrin asudə vaxtının səmərəli təşkilinə böyük önəm verilən Azərbaycan Dövlət Dəniz Akademiyasında bir sıra layihələrə və eyni marağa, istedada malik olan gənclərin bir araya gəlməsi üçün «Dənizçilər» adlı özfəaliyyət ansamblının və tələbə klublarının yaradılmasına start verilir.

ADDA-nın «Dənizçilər» ansamblı aşağıdakı istiqamətlərdə fəaliyyət göstərəcək:

  • Diksiya-qiraət qrupu – Azərbaycan və müxtəlif xarici dillərdə bədii nümunələr, çıxışlar hazırlayır;
  • Musiqi qrupu – Akademiya və respublika tədbirlərində iştirak edir;
  • Rəqs qrupu – Azərbaycan və müxtəlif xarici rəqsləri ifa edir;

Arzu edənlər aşağıda göstərilən ünvanlara müraciət edə bilərlər (son tarix-03.03.23)

Əlaqə: Sevinc Rzayeva – ADDA Həmkarlar təşkilatının sədri

   (E-mailsevinc.rzayeva@asco.az; II korpus, otaq 602)

             Leyla Həsənova – “Tətbiqi mexanika” kafedrasının dosenti

            (E-mail[email protected]; II korpus, otaq 404)

adda.edu.az