Çindən Rusiyaya yeni konteyner marşrutu açılıb

274

“Safetrans Lin” şirkəti tərəfindən Çini Mərakeş və Rusiya ilə birləşdirən yeni konteyner xətti işə salınıb.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, “Safetrans Line” şirkəti “Transfar Shipping”-in törəmə müəssisəsidir.

Yeni xidmət fevralın 27-dən fəaliyyət göstərir və Çinin Sindao, Şanxay, Ninbo, Nanşa, Mərakeşin Tanjer (qeyri-müntəzəm) və Sankt-Peterburq limanlarını birləşdirir. İlkin olaraq, gəmi iki həftədən bir səfərə çıxacaq.

Xəttə icarəyə götürülmüş 3469 TEU tutumlu “Heng Hui 2” konteyner gəmisi xidmət göstərəcək. Daha sonra “Zhonggu Logistics” şirkətindən 3398-4872 TEU tutumlu üç gəmi ona qoşulacaq.