ASCO əməkdaşlarının maaşları 15 % artırılıb

1899

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşlarının maaşları orta hesabla 15 % artırılıb.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı qurumun Müşahidə Şurasının qərarı əsasında, İdarə Heyətinin sədri Rauf Vəliyev əmr imzalayıb.

Əmrə əsasən, əməkhaqqı artımı aprelin 1-dən tətbiq olunacaq, həm üzən, həm də sahil heyətinin məvaciblərinə şamil ediləcək.

Xatırladaq ki, ötən il də fevralın 1-dən qurumun əməkdaşlarının maaşları 15 % artırılmışdı.