Yaponiya Əməkdaşlıq Agentliyinin (JICA) nümayəndə heyəti Bakı Limanına səfə edib

228

Yaponiya Əməkdaşlıq Agentliyinin (JICA) Özbəkistandakı nümayəndəliyinin rəhbəri cənab Suquru Miyazakinin rəhbərlik etdiyi nümayəndə heyəti Ələtdə yerləşən Bakı Limanına səfər edib. Səfərin əsas məqsədi limanın fəaliyyəti və liman ərazilərində həyata keçirilən inkişaf layihələri ilə tanış olmaq olub.

Səfər çərçivəsində JICA rəsmilərinin Bakı Limanının Əməliyyatlar departamentinin heyəti ilə görüşü olub. Görüş zamanı tərəflər limanın fəaliyyətini və Limanın 2-ci inkişaf mərhələsində Yaponiya şirkətləri üçün mümkün biznes imkanlarını müzakirə ediblər.

Nümayəndə heyəti Limanın terminallarına da baş çəkib yükaşırma avadanlıqları, lokomotivlər, anbarlar o cümlədən Liman infrastrukturunun inkişafı və texniki xidmətin təşkili prosesləri haqqında məlumat alıb.

Source:https://www.facebook.com/BakuSeaTradePort/