Azərbaycanda gündəlik xam neft hasilatı – AÇIQLANIB

374

Energetika Nazirliyinin yaydığı məlumata görə, 2023-cü ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 648 min barrel olub.

FED.az xəbər verir ki, bunun 531 min barrelini xam neft, 117 min barrelini isə kondensat təşkil edib.

Qeyd edilib ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.