İtaliyaya son 24 saatda rekord sayda miqrant gəlib

286

Son 24 saat ərzində İtaliyanın Lampeduza adasına 2 000-dən çox miqrant gəlib ki, bu da ölkə üçün rekord göstəricidir. 

Mənbə iddia edir ki, miqrantların əksəriyyəti Qvineya, Burkina Faso, Kot-d’İvuar və Malidəndilər.

Məlumatda həmçinin qeyd olunur ki, Lampeduzada miqrantların qəbulu mərkəzinin maksimal tutumu təxminən 400 nəfərdir.

Hələlik İtaliyanın hökumət qurumları ölkəyə gələn rekord sayda miqrantlarla əlaqədar açıqlama verməyib. 

Mənbə: ANSA