Tunis sahillərində miqrantları daşıyan qayıq batıb: 20 nəfər itkin düşüb

209

Tunis sahillərində qayığın batması nəticəsində ən azı 20 miqrantın itkin düşdüyü bildirilir.

Bu barədə Tunisin yerli ədliyyə orqanlarının nümayəndələri məlumat yayıblar.

Onların sözlərinə görə, Tunis sahil mühafizəsi xidməti 17 sərnişinin həyatını xilas edə bilib.

Onlardan ikisinin vəziyyəti ağırdır.

Hələlik, itkin düşən 20 nəfərdən isə heç bir məlumat almaq mümkün olmayıb.

Mənbə: Reuters