Niderland Rusiyadan maye qaz idxalını tamamilə dayandırmağı planlaşdırır

211

Niderland hökuməti Rusiyadan maye qaz idxalını tamamilə dayandırmağı planlaşdırır.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Niderlandın energetika naziri Rob Etten bildirib.

Onun sözlərinə görə, Niderland bu il Rusiyadan LNG idxalı üzrə yeni müqavilələrin imzalanmasını dayandırıb və hazırda mövcud müqavilələrin ləğvi üzərində işləyir.

“Rusiyanın təbii enerji mənbələrini sistemimizdən kənarda saxlamaq üçün əlimizdən gələni etməliyik, artıq kömür, boru kəməri ilə tədarük edilən qaz və neft sahəsində uğur qazanmışıq”, – R.Yetten deyib.