Taxıl sazişi təhlükə altındadır

235

Rusiya tərəfindən Ukrayna taxılının ixracının qarşısının alınması fonunda taxıl müqaviləsinin fəaliyyəti dayandırıla bilər.

Bu barədə Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko məlumat verib.

“Taxıl sövdələşməsi təhlükə altındadır. Rusiya yenidən gəmilərin yoxlanmasını əngəlləyib”, – nazir bildirib.

Sviridenko qeyd edib ki, hazırda Ukraynanın Polşa, Slovakiya və Macarıstan vasitəsilə taxıl tranzitini bərpa etməsi çox vacibdir.

“Biz tərəfdaşlarımızla birlikdə Rusiyaya bu vəziyyətdən istifadə etmək imkanı verə bilmərik”, – nazir əlavə edib.

Xatırladaq ki, aprelin 18-də Varşava Ukraynanın kənd təsərrüfatı məhsullarının idxalına müvəqqəti qadağa qoyduqdan sonra Polşa öz ərazisindən Ukrayna taxılının tranzitini bərpa etməyə razılaşıb.

Mənbə: rbc.ua