ETSN: Su hövzələrindən 2 890 metr uzunluğunda 70 ədəd sintetik tor götürülüb

249

“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” şüarı ilə start verilən aksiya çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizi akvatoriyasından, Şəmkir su anbarından və Sarısu Ovçuluq Təsərrüfatı ərazisindəki Sarısu gölündən sintetik torların yığışdırılması həyata keçirilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov “Report”a bildirib ki, sözügedən su hövzələrindən 2 890 metr uzunluğunda 70 ədəd sintetik tor götürülüb.

“Layihəyə dəstək olaraq fəallıq nümayiş etdirən və su hövzələrində rast gəldikləri sintetik torlar barədə Nazirliyə məlumat verən bütün vətəndaşlara təşəkkür edir, onları hövzələrin mühafizəsində daha aktiv iştirak etməyə, balıq ehtiyatlarının qorunmasına dəstək olmağa çağırırıq”, – B.Məmmədov deyib.