Qara dənizdə nəhəng neft ləkəsi tapıldı

394

Qara dənizdə 40 min kvadratmetrlik neft ləkəsi aşkar edilib.

Bu barədə Rusiyanın Təbii Sərvətlərə Nəzarət Federal Xidməti (Rosprirodnadzor) məlumat yayıb.

Bildirilib ki, xidmətə Qara dənizin neftlə çirklənməsi barədə məlumat daxil olub. Qurumun əməkdaşları göstərilən yerə gedib və Novorossiysk dəniz limanının yanalma körpülərinin yaxınlığındakı ərazini yoxlayıblar.

“Suyun səthində 40 min kvadratmetr sahəsi olan xarakterik ləkə aşkar edilib. Mütəxəssislər analiz üçün nümunələr götürüblər”, – Rosprirodnadzorun mətbuat xidmətinin məlumatında vurğulanıb.

Həmçinin, qurum prokurorluqla birlikdə bu sahəni idarə edən şirkətdə də plandankənar yoxlama aparıb. Onun nəticələrinə görə dəymiş ziyan hesablanacaq.

Mənbə: lenta.ru