Gəmi zəlzələdən zərər çəkənlər üçün məktəb və yataqxanaya çevrilib

228

Hatayın İskenderun rayonundakı limanda lövbər salan “Qara dəniz Lifeship Rauf bəy” xilasetmə gəmisi zəlzələdən zərər çəkmiş orta məktəb və universitet imtahanlarına hazırlaşan tələbələr üçün həm məktəb, həm də yataqxanaya çevrilib.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, 1200 nəfərlik kvota ilə gəmidə 600 tələbə, 55 müəllim fəaliyyət göstərir.

Yunus Əmrə orta məktəbinin direktoru vəzifəsində çalışan və zəlzələdən sonra “Qara dəniz Lifeship Rauf bəy” gəmisinə təyin olunmuş Cahangir Kaya burada tələbələr üçün hər cür yataqxana və çamaşırxana xidmətlərinin pulsuz olduğunu qeyd edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. 50 mindən çox insan həlak olub.