“Maersk”-in yaşıl metanolla işləyən ilk konteyner gəmisi 2023-cü ilin yayında hazır olacaq

365

“Maersk”-in yaşıl metanolla işləyən ilk konteyner gəmisi 2023-cü ilin yayında Cənubi Koreyanın “Hyundai Mipo” tərsanəsindən Kopenhagenə yola düşəcək.

Bu barədə Danimarkanın “A.P. Moller Maersk” nəqliyyat və logistika qrupunun mətbuat xidməti məlumat yayıb.

Gəminin sentyabr ayında Danimarkaya çatacaq və burada ad vermə mərasimi keçiriləcək. Bundan sonra 2,1 min TEU tutumlu ekoloji cəhətdən təmiz 172 metrlik iki yanacaqlı konteyner gəmisi fider daşınması üçün Baltik dənizi regionuna gedəcək.

2024-cü ildə “Maersk” iki yanacaq mühərrikli daha bir neçə belə gəmi almağı planlaşdırır.

Xatırladaq ki, “A.P. Moller-Maersk” qrupu  2020-ci illə müqayisədə 2030-cu ilə qədər davamlı yanacaqlardan istifadə etməklə dəniz yüklərinin ən azı 25%-ni daşımağı planlaşdırır.

Seanews.az