“Suraxanı” gəmi-muzeyinin önünüdə “Futbol dalğası” adlı festival keçiriləcək

256

“Heydər Əliyev İli” və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 165 illik yubileyi ilə əlaqədar 10 may 2023-cü ildə Dənizkənarı bulvar ərazisində, ASCO-nun “Suraxanı” gəmi-muzeyinin önündə “Futbol dalğası” adlı festival keçiriləcək.

“Suraxanı” gəmi-muzeyi və “Səbail” Futbol Klubunun təşkilatçılığı ilə baş tutacaq tədbirin proqramına “take ball”, “subsoccer” (stolarxası oyun), kəndirdartma kimi müxtəlif oyunlar daxildir. Həmçinin, ziyarətçilər üçün məşhur futbolçu Nugzar Kvirtiya ilə “freestyle” formatında futbol oyunu, müxtəlif “master-klass”lar, DJ-in iştirakı ilə musiqili proqram, animatorların köməkliyi ilə “art face” də təşkil olunacaq.

Bundan başqa, tədbir çərçivəsində ziyarətçilərin yelkənli qayıqların sərgisinə də tamaşa etmək imkanı qazanacaqlar.

Festivalda iştirak sərbəstdir. Hər birinizi 10 may saat 15:00-da “Futbol dalğası”nda gözləyirik.

seanews.az