Həştərxanda “Xəzər 2023: Davamlı İnkişaf Yolları” Beynəlxalq Forumu keçiriləcək

264

Həştərxanda “Xəzər 2023: davamlı inkişaf yolları” III Beynəlxalq Elmi Forum keçiriləcək.

“Report” xəbər verir ki, tədbir Xəzər Elmi-Tədris Konqresi çərçivəsində mayın 29-31-də V.N.Tatişev adına Həştərxan Dövlət Universitetində baş tutacaq.

Forumda Rusiyanın elmi dairələrinin və regional hakimiyyət orqanlarının nümayəndələri, eləcə də Xəzəryanı ölkələrin elmlər akademiyalarının təmsilçiləri, Xəzəryanı dövlətlərin və MDB ölkələrinin nümayəndə heyətləri iştirak edəcək.

Üç gün davam edəcək tədbir çərçivəsində əsas sessiyalar, müzakirə panelləri, klub görüşləri, etnoqrafik olimpiada və s. keçiriləcək.

Forumda iştirak etmək üçün caspian2023.asu.edu.ru keçidi ilə qeydiyyatdan keçə bilərsiniz.