Veteran dənizçi Knyaz Orucov 75 illik yubileyini qeyd edir

631

Gəmiçilik sahəsində 50 ildən çox təcrübəyə malik olan Knyaz Orucov 75 illik yubileyini qeyd edir.

Bu münasibətlə ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin və Dəniz Nəqliyyatı Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları veteran dənizçini evində ziyarət ediblər.

Görüşdə yubilyarın gəmiçilik sahəsindəki xidmətləri xatırlanıb. Həmkarları ona bütün dənizçilərin xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar. Yubilyar diqqət və qayğıya görə ASCO ailəsinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Knyaz Orucov 10 may 1948-ci ildə anadan olub.

Gəmiçilik sahəsində müxtəlif vəzifələrdə çalışan yubilyar 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev dəniz nəqliyyatı işçilərinin təltif edilməsi haqqında sərəncamına əsasən 3-cü dərəcəli “Əmək” ordeninə layiq görülüb.

İşgüzarlığı, məsuliyyəti və səmimiyyətinə görə hər zaman xüsusi hörmətlə xatırlanan Knyaz Orucovu 75 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, xoş günlər arzulayırıq.

seanews.az