18 May Beynəlxalq Dənizçi Qadınlar günüdür.

388

Beynəlxalq Qadın Dənizçilər Günü Beynəlxalq Dəniz Təşkilatı (IMO) Şurasının 2021-ci ilin 8-12 noyabr tarixlərində təşkil olunan sessiyasında təsis edilib.

Qətnamə dənizdə qadınların profilinin yüksəldilməsinə, IMO-nun Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədi 5-ə (gender bərabərliyi) sadiqliyinin gücləndirilməsinə və dənizdə mövcud gender balanssızlığının aradan qaldırılması üçün atılan addımların dəstəklənməsinə xidmət edir.

Hazırda dünyada fəaliyyət göstərən 1.89 milyon dənizçinin 24 mindən çoxu qadındır. Onların 7000 nəfərdən çoxu komandir heyətinin, qalanları əsasən bərə və kruiz sektorunda çalışan sıravi heyət üzvləridir. Təkcə son beş ildə, təxminən iki dəfə çox qadın “Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”ya müvafiq sertifikat alıb.

Hazırda ölkəmizdə də bu peşəyə maraq ildən-ilə artmaqda davam edir. Ötən illərdə Azərbaycan Dövlət Dənizçilik Akademiyasında təhsil alan qadınların sayı 1-2 nəfər idisə, hazırda onların sayı 17 nəfər təşkil edir.

Azərbaycanda gəmiçiliyin inkişafında qadınlar hər zaman böyük rol oynayıblar. Azərbaycanın ilk qadın gəmi kapitanları sırasında adını tarixə yazdıran, bu sahədə misilsiz töhfələri olan Zərifə Ləzgizadə, Şövkət Səlimova buna ən bariz nümunədir.

Bu gün də qadınlar hər sahədə olduğu kimi dənizçilik sahəsinə də əhəmiyyətli töhfə verməkdə davam edirlər.

Source:https://www.facebook.com/unitedalliancegroupltd